Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək

Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək

Hazırda oxunan: Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək

233537

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa iki həftə ərzində ölkə hökumətinin tərkibində dəyişiklik etməyi planlaşdırır. Bu da icra orqanının daha legitim olmasına yönəlib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə “The National” qəzeti məlumat yayıb.

"Söhbət bir neçə gün ərzində, maksimum bir-iki həftəyə nazirlərin dəyişdirilməsindən gedir", - nəşrin müsahiblərindən biri bildirib və əlavə edib ki, "kölgədə qalan" müvəqqəti baş nazir Məhəmməd əl-Bəşirin öz postunda qalıb-qalmayacağı hələ ki məlum deyil.

Mənbənin sözlərinə görə, dəyişikliklərin miqyasını əş-Şaraadan başqa heç kim bilmir.

Əsəd əş-Şibaninin xarici işlər naziri vəzifəsində qalacağı məlumdur. Məmur əlavə edib ki, yeni kabinet daha möhkəm hüquqi təməli təmin edəcək, çünki 20 nazirdən ibarət hazırkı tərkib 2024-cü ilin dekabrında Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra yaranan "siyasi vakuum" şəraitində formalaşdırılıb.

Qəzetin yazdığına görə, ABŞ daha əvvəl Suriya ilə münasibətlərin yaxşılaşdırılması üçün hakimiyyətdəki "radikal elementlər"in ölkə idarəçiliyindən kənarlaşdırılmalı olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO