Əhməd əş-Şara Ərdoğanla bu gün hansı məsələləri müzakirə edəcək?

Əhməd əş-Şara Ərdoğanla bu gün hansı məsələləri müzakirə edəcək?

Hazırda oxunan: Əhməd əş-Şara Ərdoğanla bu gün hansı məsələləri müzakirə edəcək?

233131

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO