Kanadadan ABŞ-a MESAJ: “Tariflər qaldırılsa, cavab verəcəyik”

Kanadadan ABŞ-a MESAJ: “Tariflər qaldırılsa, cavab verəcəyik”

Hazırda oxunan: Kanadadan ABŞ-a MESAJ: “Tariflər qaldırılsa, cavab verəcəyik”

232704

Kanadanın baş naziri Castin Trüdo ABŞ-ni tariflərin qaldırılacağı təqdirdə cavab tədbirləri ilə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə Trüdo keçirdiyi brifinqdə danışıb.
 

“Kanadaya tariflər tətbiq edilərsə, biz geri çəkilməyəcəyik. Tariflər aradan qaldırılmayana qədər dincəlməyəcəyik. Cavab üçün bütün yollar nəzərdən keçirilir”, - Trüdo bildirib.

Qeyd edək ki, daha əvvəl Donald Tramp bu ölkələrdən qeyri-qanuni miqrantların və narkotiklərin axınına cavab olaraq, fevralın 1-dən Meksika və Kanadaya qarşı 25% əlavə rüsumlar tətbiq etməyə hazır olduğunu bildirmişdi.

Məlumata görə qeyri-qanuni immiqrantların 1%-dən çoxu ABŞ-yə şimal sərhədindən daxil olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO