Rusiya istehsalı olan yeni silahlar Ermənistan ordusuna hardan gəlib?

Rusiya istehsalı olan yeni silahlar Ermənistan ordusuna hardan gəlib?

Hazırda oxunan: Rusiya istehsalı olan yeni silahlar Ermənistan ordusuna hardan gəlib?

2327

Son günlərdə Ermənistan ordusunun silahlanmasında Rusiya istehsalı olan “Orlan-10” pilotsuz uçuş aparatlarına rast gəlinir.

3 gün öncə Ermənistan Müdafiə Nazirliyinin yaydığı video görüntülər Rusiya istehsalı olan "Orlan-10" PUA-sı ilə çəkildiyi ortaya çıxıb.

Orta mənzilli və çoxməqsədli pilotsuz uçuş aparatı hesab olunan “Orlan-10”, 2010-cu ildən etibarən istehsal olunur. Günəş batereyası və termal kameralarla təchiz olunub və bu kameralar vasitəsilə 5 km hündürlükdə real vaxtda kəşfiyyat, 3D xəritələr, müşahidə və yerdəki hədəflərin havadan izlənilməsini həyata keçirir. 

Avtopilot rejimdə və uzaqdan idarə oluna bilən “Orlan-10” pilotsuz uçuş aparatları əldə olunan məlumatları 120 km məsafədə ötürülə bilir.

Havada qalma müddəti 16 saat olub 115-150 km.saat sürətə malikdir. Aparatların idarə olunması üçün xüsusi yerüstü stansiyalar (MP32M1) mövcuddur. Bir stansiya vasitəsilə eyni anda 4 pilotsuz aparatı yönləndirmək mümkündür. 

Müxtəlif məqsədlər üçün istifadə olunan aparatlar güclü müşahidə və ötürücülük qabiliyyətlərinə görə əsasən artilleriya atışlarında istifadə edilir. 

Real vaxtda ərazinin kordinatlarını dəqiq müəyyən edən və mərkəzə göndərən “Orlan-10”, Rusiya tərəfindən Ukrayna və Suriyadakı düyüşlərdə effektiv artilleriya zərbələrini planlaşdırmaq üçün müntəzəm olaraq istifadə olunub. 

Xüsusilə “Msta-S” özü yeriyən artilleriya qurğuları ilə kordinasiyalı şəkildə tətbiq olunduğunda 20-30 km məsafədən dəqiq artilleriya zərbələri endirməyə imkan verir. 

Bu günə qədər Ermənistan ordusunun silahlanmasında “Krunk”, “X-55” və “Baze” adlı pilotsuz aparatlar yer alırdı.

Bu aparatların hərəkət sürətləri və uçuş hündürlükləri olduqca aşağı olub ancaq müşahidə aparmağa imkan verirdi.

Son günlərdə isə Ermənistan ordusunda “Orlan-10” pilotsuz aparatlarının yer alması diqqət çəkən əsas məqamlardan biridir. Ermənistanın Şuşa ətrafındakı döyüşlərdə ordumuza qarşı bu aparatlardan istifadə etdiyi məlumdur. 

Qiyməti 87-120 min dollar arasında dəyişən “Orlan-10” pilotsuz uçuş aparatlarının Ermənistana necə təmin edildiyi isə sual altındadır.

Rusiya ilə Ermənistan arasında “Orlan-10”-un satılması ilə bağlı hər hansı razılaşma əldə olunmayıb.

Ermənistan özü də bu sahədə çox da istəkli davranmayıb. Lakin pilostuz aparatların 2015-ci ildən Ermənistanda yerləşən Rusiyanın 102-ci bazasının arsenalına daxil olduğu məlumdur. 

Eyni zamanda dünən çəkilən şəkillərdə Qondarma Dağlıq Qarabağ ordusunda Rusiya istehsalı "AK-103" avtomatı və "Dedal-T2.380 Hunter LRF" termal nişangahı da müəyyən olunub. 

"AK-103" avtomatı Rusiya tərəfindən iyul ayından etibarən Ermənistana satıldığı məlumdur.

Gecə döyüşlərində istifadə olunan termal nişangah da həmçinin, Rusiyadan gətirilib.



İndi isə bu silahlar Qarabağ cəbhəsində Azərbaycan ordusuna qarşı tətbiq olunur. Xüsusilə, müharibənin sonrakı günlərində Ermənistanın “Orlan-10” pilotsuz aparatları vasitəsilə Azərbaycan ordusunun mövqelərinə artilleriya hücumları həyata keçirməyə cəhd göstərəcəyi ehtimal olunur.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO