Qəzza bölgəsində yeddi əsir – iki İsrail və beş Tayland vətəndaşı azad edilərək İsrail ordusunun nümayəndələrinə təhvil verilib.
Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, bu haqda İsrail baş nazirinin ofisindən bildirilib.
“İsrail hökuməti azad edilmiş yeddi nəfəri səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı bunlardan ibarətdir: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, Tailandın 5 vətəndaşı da azad edilib", – bəyanatda bildirilir.
İsrail ordusunun mətbuat xidməti azad edilən yeddi əsirin artıq İsrail ərazisində olduqlarını təsdiqləyib.
Bizim.Media