ABŞ-da təyyarənin qəzaya uğradığı yerdə xilasetmə əməliyyatına 300 nəfər cəlb olunub.
Bizim.Media “NBC news” telekanalına istinadla xəbər verir ki, bununla bağlı paytaxtın yanğınsöndürmə və təcili tibbi yardım xidmətinin rəhbəri Con Donnali Reyqan hava limanında keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, baş vermiş təyyarə qəzası qurbanların sayına görə son onilliklər ərzində ABŞ-da ən böyük qəza ola bilər.
"American Airlines" şirkətinin CEO-su Robert Isom sərnişin təyyarəsi ilə "Army Black Hawk" helikopterinin toqquşması ilə bağlı açıqlama verib və məlumat almaq üçün qaynar xətt nömrəsini paylaşıb.
Xatırladaq ki, “American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Qəzada 4 nəfərin sağ qaldığı deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:09 / 30.01.2025
ABŞ-da təyyarə qəzası ilə bağlı YENİ MƏLUMAT - VİDEO
Hazırda oxunan: ABŞ-da təyyarə qəzası ilə bağlı YENİ MƏLUMAT - VİDEO
Hazırda oxunan: ABŞ-da təyyarə qəzası ilə bağlı YENİ MƏLUMAT - VİDEO
232418
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.