Amerikalı milyarder və “X” sosial şəbəkəsinin sahibi İlon Mask qəfildən öz işçilərinə məktub yazıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
O, internet resursunun fəaliyyətinin sürətlə aşağı düşməsindən şikayətlənib.
Nəşrin məlumatına görə, məktubda Mask şirkətin fəaliyyətinin zəif olmasından şikayətini bildirib. O, “X” sosial şəbəkəsində heç bir inkişafın olmadığını vurğulayıb:
“İstifadəçi sayındakı artım dayanıb, gəlirlərimiz yetərsizdir və biz dolanmaq üçün mübarizə aparırıq”, – Mask yazıb.
Qeyd edək ki, “X” sosial şəbəkəsinin hazırki gəlirlərinin nə qədər olması məlum deyil. Lakin İlon Mask 2022-ci ilin oktyabrında bu platformanı aldıqdan sonra gəlirlərin təxminən yarıya qədər azladığını vurğulamışdı.
Onu da bildirək ki, İlon Mask 432 milyardlıq sərvəti ilə hazırda dünyanın ən zəngin insanıdır.
Bizim.Media