Rusiya mediasının aviaqəza ilə bağlı uydurma versiyalarına Qazaxıstandan CAVAB

Rusiya mediasının aviaqəza ilə bağlı uydurma versiyalarına Qazaxıstandan CAVAB

Hazırda oxunan: Rusiya mediasının aviaqəza ilə bağlı uydurma versiyalarına Qazaxıstandan CAVAB

231512

“Kiminsə internetdə nəyisə dərc etməsi o demək deyil ki, bu həqiqətdir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Qazaxıstanın baş nazirinin müavini qəzaya uğrayan AZAL aviaşirkətinin təyyarəsinin ekipajı ilə dispetçerlər arasında aparılan danışıqların “sızması”na münasibət bildirib.
 

"Kiminsə internetdə nəyisə dərc etməsi o demək deyil ki, bu həqiqətdir. Daha əvvəl internetdə dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir”, -  Bozumbayev qeyd edib.


Qeyd edək ki, bir müddət əvvəl Rusiya təhlükəsizlik orqanlarına yaxınlığı ilə tanınan “Baza” teleqram kanalı azərbaycanlı pilotlarla aviadispetçerlər arasında aparılan danışıqların stenoqramını dərc edib. Sözügedən məlumatlar Rusiya mediası tərəfindən geniş işıqlandırılıb və bir sıra “ekspert”lər tərəfindən uydurma versiyalar ortaya atılıb.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO