Rusiyada Vəkil Abdullayevi öldürən yol polisi həbs olundu

Rusiyada Vəkil Abdullayevi öldürən yol polisi həbs olundu

Hazırda oxunan: Rusiyada Vəkil Abdullayevi öldürən yol polisi həbs olundu

23143

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Novosibirsk vilayətində 19 yaşlı Vəkil Abdullayevi öldürən polis əməkdaşı barədə iki aylıq həbs qərarı verilib. 

Məlumata görə, vəzifə səlahiyyətlərini aşmaqda və ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevin qətlində ittiham olunan Aleksandr Qusev həbs müddətini istintaq təcridxanasında keçirəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada polisin güllələdiyi azərbaycanlı ilə bağlı məlumat - RƏSMİ


Xatırlatmaq üçün deyək ki, mayın 28-də Novosibirsk şəhərində Dövlət Yol Polisi əməkdaşı tərəfindən Vəkil Abdullayev silahla başından atəş açılaraq qətlə yetirilib.

Sosial şəbəkələrdə baş vermiş hadisənin yayılan görüntüləri zamanı yol polis əməkdaşının Vəkil Abdullayevə qarşı kobudluq etdiyi, onun qollarını buraraq polis avtomobilinə söykədiyi zaman tabel silahı ilə ona atəş açdığı görünür. Başından ağır yaralanan 19 yaşlı gənc mayın 30-da xəstəxanada vəfat edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO