Yanğında özünü 12-ci mərtəbədən atmışdı: Atası ilə son söhbəti gündəm oldu – VİDEO

Yanğında özünü 12-ci mərtəbədən atmışdı: Atası ilə son söhbəti gündəm oldu – VİDEO

Hazırda oxunan: Yanğında özünü 12-ci mərtəbədən atmışdı: Atası ilə son söhbəti gündəm oldu – VİDEO

231341

Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda baş verən yanğında otel işçisi Şevval Şahin həyatını xilas etmək üçün özünü 12-ci mərtəbədən aşağı atıb.

Bizim.Media xəbər verir ki, ağır yaralanaraq reanimasiyaya yerləşdirilən gənc qadının həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, Şevval Şahin yanğın zamanı atası ilə video zəng vasitəsilə əlaqə saxlayıb və pəncərədən tullanmaq qərarını onunla danışarkən verib. O, atası ilə telefonla danışdıqdan sonra özünü yanan otelin 12-ci mərtəbəsindən aşağı atıb.

Otelin bufetində ofisiant kimi fəaliyyət göstərən 24 yaşlı Şevval 1,5 ay əvvəl işə başlamışdı.

Xatırladaq ki, dəhşətli yanğında 78 nəfər həyatını itirib. Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yanğınla bağlı aparılan araşdırmalar nəticəsində 9 nəfərin saxlanıldığını açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO