Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar qoyuldu

Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar qoyuldu

Hazırda oxunan: Türkiyəyə getmək istəyənlərin NƏZƏRİNƏ - Yeni qaydalar qoyuldu

23120

Koronavirusla mübarizə tədbirləri çərçivəsində, 1 iyun tarixindən etibarən hava yolu ilə Türkiyəyə giriş üçün yeni qaydalar müəyyən edilib.

Bizim.Media Türk Hava Yollarına (THY) istinadla xəbər verir ki, qaydalara görə, Braziliya, CAR, Əfqanıstan, Banqladeş, Hindistan, Nepal, Pakistan, Şri Lankadan gələn və ya son 14 gün ərzində bu ölkələrdə olmuş şəxslər Türkiyəyə daxil olarkən son 72 saat ərzində alınmış koronavirus test nəticələrini təqdim etməlidirlər.

Həmçinin bu ölkələrdən gələn şəxslər 14 günlük karantinə alınacaq.

Adıçəkilən ölkələr istisna olmaqla, Türkiyəyə daxil olan əcnəbilərdən hava limanında PCR testindən keçmələri tələb ediləcək.

Test nəticələri müsbət olarsa, Səhiyyə Nazirliyinin “COVID-19” təlimatına uyğun olaraq müalicə alacaqlar.

Turistlər, ölkəyə girişdən ən az 14 gün əvvəl peyvənd olunduqlarına və ya son 6 ayda koronavirus xəstəliyini keçirdiklərinə dair müvafiq ölkənin rəsmi qurumları tərəfindən verilmiş sənəd təqdim etdikləri halda həmin şəxslərdən PCR test nəticəsi tələb olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO