İordaniyada “Le Royal” hoteli Azərbaycan Respublikasının bayrağının rənginə bürünüb.
Bizim.Media bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Əmman şəhərindəki “Le Royal” hoteli Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.
Bizim.Media