“ İsrail lazım gələrsə, Qəzzada döyüşləri bərpa etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
O qeyd edib ki, Vaşinqton artıq Təl-Əvivə silah təmin edəcəyinə söz verib.
Netanyahu əlavə edib ki, HƏMAS ilə razılaşmanın ilk mərhələsi “müvəqqəti atəşkəsdir”.
Qeyd edək ki, yanvarın 16-da ABŞ və Qətərdən olan vasitəçilər İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması ilə razılığa gəlmək ərəfəsində olduğunu bildiriblər. Atəşkəs anlaşması yanvarın 19-dan qüvvəyə minəcək.
Girovların azad edilməsi razılaşmanın birinci mərhələsi olacaq. HƏMAS-ın ilk mərhələdə 33 girovu azad edəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:59 / 18.01.2025
Netanyahu: “Qəzzada döyüşləri bərpa etməyə hazırıq”
Hazırda oxunan: Netanyahu: “Qəzzada döyüşləri bərpa etməyə hazırıq”
Hazırda oxunan: Netanyahu: “Qəzzada döyüşləri bərpa etməyə hazırıq”
230666
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.