"Qəzza zolağına göndəriləcək humanitar yardımın həcmi gündəlik olaraq 500 yük maşınına çatdırılacaq".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi mətbuat konfransında danışıb.
O, yardımın bu səviyyəyə çatdırılmasının bir gecədə mümkün olmadığını, lakin bu hədəfə doğru çalışdıqlarını bildirib. Miller humanitar yardımı artırmağın yollarını daha yaxşı bilən təşkilatlarla əməkdaşlıq etdiklərini vurğulayıb və atəşkəsdən sonra bu səylərin nəticə verəcəyinə əmin olduğunu əlavə edib.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs razılaşması əldə edilib. “Əl-Cəzirə” telekanalı razılaşmanın ilk mərhələsində 33 israilli girovun azad olunacağını və İsrail ordusunun Qəzza sərhədindən 700 metr geri çəkiləcəyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:44 / 16.01.2025
ABŞ-dan Qəzzadakı atəşkəslə bağlı rəsmi AÇIQLAMA - VİDEO
Hazırda oxunan: ABŞ-dan Qəzzadakı atəşkəslə bağlı rəsmi AÇIQLAMA - VİDEO
Hazırda oxunan: ABŞ-dan Qəzzadakı atəşkəslə bağlı rəsmi AÇIQLAMA - VİDEO
230233
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.