"Dubay şokoladı"nın satışı QADAĞAN OLUNDU - İstehlakçıların aldadılması riski...

"Dubay şokoladı"nın satışı QADAĞAN OLUNDU - İstehlakçıların aldadılması riski...

Hazırda oxunan: "Dubay şokoladı"nın satışı QADAĞAN OLUNDU - İstehlakçıların aldadılması riski...

230156

Almaniyanın Köln şəhər məhkəməsi Türkiyədə istehsal olunan “Dubay şokoladı” etiketli şokoladların satışını aldadıcı hesab edərək qadağan edib.

Bizim.Media xəbər verir ki, bu qərar “Aldi Süd” mağazalar şəbəkəsi ilə faktiki olaraq Dubayda istehsal olunan “Fex” şokolad brendinin distribütoru Andreas Uilmers arasında yaranan hüquqi mübahisədən sonra verilib.
 

“Aldi Süd” supermarketlər şəbəkəsinin satışa çıxardığı “Alyan Handmade Dubai Chocolate” adlı məhsul Uilmersin şikayəti əsasında araşdırılıb.


Belə ki, Dubaydan şokolad idxal edən Andreas Uilmers sosial şəbəkədə məşhurlaşan məhsulla bağlı şikayətlər aldığını bildirərək məhkəməyə müraciət edib.

Köln şəhər məhkəməsi “Aldi Süd”ün satdığı "Dubay şokoladı"nın əslində Türkiyədə istehsal olunduğunu qeyd edib.

Məhkəmə supermarketlər şəbəkəsinə məhsulun satışını dayandırmağı əmr edib. Bildirilib ki, əks halda, istehlakçıların aldadılması riski var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO