Türk Hava Yolları 10 illik fasilədən sonra Liviyanın Benqazi şəhərinə uçuşları bərpa edib.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber”ə Türkiyənin nəqliyyat naziri Uraloğlu məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Türk Hava Yolları Ginnesin Rekordlar Kitabına DÜŞDÜ
O qeyd edib ki, uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək:
“2015-ci ildə Liviyadakı vətəndaş müharibəsi səbəbindən Benqaziyə uçuşlar dayandırılmışdı. Türkiyənin Baş Konsulluğu da şəhərdəki fəaliyyətini dayandırıb.
Keçən ilin fevral ayında Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkə öz işini bərpa etməyə hazırlaşır”.
Bizim.Media