Husilər İsrail Müdafiə Nazirliyinin binasına zərbə endirdi

Husilər İsrail Müdafiə Nazirliyinin binasına zərbə endirdi

Hazırda oxunan: Husilər İsrail Müdafiə Nazirliyinin binasına zərbə endirdi

229935

Yəmən husiləri ("Ənsar Allah" hərəkatı) son 12 saat ərzində İsrail ərazisinə ikinci raket hücumu həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı hərəkatın hərbi sözçüsü Yəhya Saria yayıb.

Onun sözlərinə görə, husi qüvvələri Təl-Əvivdə İsrail Müdafiə Nazirliyinə hipersəs ballistik raketlə hücum edib.

"Raket hədəfinə çatıb və ələ keçirmə sistemləri onu izləyə bilməyib", - Saria husilərə məxsus "Al Masirah" telekanalında deyib.

Çərşənbə axşamı səhər saatlarında İsrail ordusu Yəməndən atılan raketin qarşısını almaq üçün bir neçə dəfə cəhd edib.

Bazar ertəsi husilərin rəhbərlik etdiyi ordunun sözçüsü Tel-Əvivdə "kritik hədəfə" raket zərbəsi endirdiyini bildirib.

İsrail ordusunun məlumatına görə, bu hücum zamanı raket ölkənin hava məkanından kənarda ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO