Yanvarın 9-dan 10-na keçən gecə Rusiya qoşunları Ukraynanın Donetsk vilayəti və Kursk vilayətində irəliləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.
Analitiklərin fikrincə, rus qoşunları Ukraynanın Donetsk vilayətinin Petropavlovka, Vozdvijenka və Solenoye yaşayış məntəqələrini ələ keçirib.
Bundan əlavə, Rusiya Federasiyasının Kursk vilayətində Novoivanovka, Leonidovo və Aleksandriya geri qaytarılıb.
DeepState-in məlumatına görə, ruslar Ukraynanın Xarkov vilayətində Dvureçnaya və Zapadnoye yaxınlığında və Donetsk vilayətində Kuraxovo və Yasenovoy yaxınlığında da irəliləyiblər.
Qeyd edək ki, sözügedən irəliləmə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bir neçə gün öncə Ukrayna qoşunları Kurskda hücuma başlasalar da, hər hansı nəticə əldə edə bilməyiblər.
Bizim.Media