Almaniyada inflyasiya gözləniləndən daha sürətlə artmaqda davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” araşdırma aparıb.
“Dekabrda ötən illə müqayisədə istehlak qiymətləri 2,9% artıb; Bu, gözlənilən 2,6%-dən yüksəkdir. Artım enerji və ərzaq xərcləri ilə bağlıdır”, - nəşr yazıb.
Qeyd edilib ki, 2025-ci ildə Almaniyada inflyasiya 2,4% səviyyəsində qalacaq və yalnız 2026-cı ilə qədər ECB-nin 2% hədəf səviyyəsinə çata bilər.
Bildirilib ki, dekabr ayı üzrə inflyasiya dinamikası ilə bağlı yekun məlumatlar yanvarın 16-da açıqlanacaq.
Bizim.Media