"Heç vaxt plastik əməliyyat keçirməmişəm" deyərək etdirdiyi estetik əməliyyatları inkar edən "pişik qadın" ləqəbli Coselin Uayldenşteyn 84 yaşında dünyasını dəyişib.
Bizim.Media "En Son Haber"ə istinadən xəbər verir ki, Parisdə ağciyər emboliyasından öldüyü bildirilən 84 yaşlı Uayldenşteynin ölümünü özündən 27 yaş kiçik nişanlısı Lloyd Klein açıqlayıb.
Qeyd edək ki, keçmiş ərinin pişiklərə olan sevgisinə görə Coselin Uildenşteyn dəfələrlə plastik əməliyyat keçirib. Bu səbəbdən o, pişik kimi görünmək üçün milyonlarla dollar xərcləyib.
Nəzrin Mirzəyeva, Bizim.Media