Ukrayna səfərbərlik zamanı öz konstitusiya normalarını və beynəlxalq öhdəliklərini pozur.
Bizim.Media xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında qeyd olunub.
Hesabatda, Ukraynada səfərbərlik məsələsində yaş həddi məsələsinə diqqət çəkilib.
Qeyd edək ki, hazırda Ukraynada səfərbərlik üçün aşağı yaş həddi 25-ə bərabərdir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı (2014-2019) Viktor Mujenko Ukrayna ordusunda hərbi xidmətə çağırış yaşının 18 və ya 20 yaşa endirilməsinin zəruriliyini etiraf edib. O, həmçinin qeyd edib ki, səfərbərlik resurslarının çatışmazlığı probleminin müvəqqəti həlli asayiş keşikçiləri və digər təhlükəsizlik qüvvələrinin döyüş əməliyyatlarına daha geniş cəlb olunması ola bilər.
Bundan əvvəl Ukrayna mediası Radada səfərbərlik yaşının aşağı salınması layihəsinin artıq müzakirə olunduğunu yazmışdı.
Bizim.Media