Qazaxıstanda qədim türk dilində ilk Quran kitabı təqdim olundu

Qazaxıstanda qədim türk dilində ilk Quran kitabı təqdim olundu

Hazırda oxunan: Qazaxıstanda qədim türk dilində ilk Quran kitabı təqdim olundu

22727

Beynəlxalq Türk Akademiyası Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birlikdə Qazaxıstanın Türküstan şəhərində "Türküstan - Türk dünyasının mənəvi paytaxtı" adlı beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Şurasının Baş katibinin müavini Ömər Kocaman, Beynəlxalq Qazaxıstan-Türkiyə Universitetinin rektoru Janar Temirvekova, görkəmli elm adamları iştirak ediblər.

Tədbirdə Qaraxanilər dövləti (X əsr) dövründə qədim türk dilinə tərcümə olunan müqəddəs Quranın təqdimatı olub.

Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan bu nadir nəşr zəmanəmizə qədər qorunub saxlanılan Quranın tərcüməsinin ən qədim və tam versiyasıdır. Müqəddəs kitabın nəşri Türküstana türk dünyasının mənəvi paytaxtı statusunun verilməsi ilə üst-üstə düşüb.

Bu gün əlyazma İstanbulda Türk və İslam İncəsənəti Muzeyində saxlanılır.

Tədbir iştirakçıları Nursultan Nazarbayevin təşəbbüsü ilə yenidən canlanan Türküstan və onun türk dünyasında əhəmiyyəti, qardaş ölkələrin birliyi haqqında fikir mübadiləsi apardılar.

Bundan başqa iştirakçılar türk dünyası üçün əhəmiyyətli olan Türküstan şəhərinin tarixi yerlərinə baxıb və yeni tikililərlə tanış olublar.

Qeyd edək ki, bu il martın 31-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomarta Tokayevin sədrliyi ilə Türk Şurasının qeyri-rəsmi sammitində Türküstan şəhəri türk dünyasının mənəvi paytaxtı elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO