Moskvada generalı öldürənlər TUTULDU

Moskvada generalı öldürənlər TUTULDU

Hazırda oxunan: Moskvada generalı öldürənlər TUTULDU

225799

Moskvada Rusiya Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və onun köməkçisinin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “kommersant” məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Moskvada güclü partlayış: Rusiya ordusunun generalı həlak oldu -FOTO/ VİDEO


Bildirilib ki, hüquq-mühafizə orqanları cinayət yerində müşahidə kameraları tərəfindən qeydə alınan görüntülər vasitəsilə şübhəlilərin izinə düşüblər.

Kadrlarda bir neçə şübhəli avtomobil qeydə alınıb.

“112” teleqram kanalı qeyd edib ki, şübhəlilər artıq ifadə verib və qətlin təşkilatçıları barədə müstəntiqlərə məlumat veriblər.

Qeyd edək ki, dünən səhər saatlarında Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və onun köməkçisi ölüb. Onların Ukrayna Baş Kəşfiyyat İdarəsinin sui-qəsdi nəticəsində öldürüldüyü iddia olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO