Klassik avtomobil həvəskarı Turqut Ilqın 10 il öncə təsadüfən rast gəldiyi 1956-cı il modeli Ford Fairlenes modelini uzun mübahisədən sonra satın ala bilib. Moderator.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.xa0 Turqut bəy aldığı zaman baxımsız olan avtomobili bir il təmir etdikdən sonra öz əvvəlki vəziyyətinə qaytarıb.
İxtisasca avtomobil elektriki olan yaşlı adam avtomobilin bütün detallarını dəyişib. İndi avtomobilini satmağı belə ağlından keçirmədiyini deyib.xa0 Sürücü bildirib ki, şəhərə çıxdığı zaman avtomobil insanların diqqətini çəkir. Xüsusən gənclər onunla sorğu-sual aparırlar.xa0
Moderator.az adı çəkilən avtomobilin fotosunu təqdim edir.xa0



Vasif Əlihüseyn





































































































