Bəşər Əsəddən ilk AÇIQLAMA: “İstefa verməyi nəzərdən keçirmirdim”

Bəşər Əsəddən ilk AÇIQLAMA: “İstefa verməyi nəzərdən keçirmirdim”

Hazırda oxunan: Bəşər Əsəddən ilk AÇIQLAMA: “İstefa verməyi nəzərdən keçirmirdim”

225534

Bir neçə gün əvvəl Suriyada prezident postunu tərk edən Bəşər Əsəd hakimiyyət dəyişikliyindən sonra ilk dəfə açıqlama verib. 

Bizim.Media xəbər verir ki, o, teleqram kanalında paylaşım edib. 

Onun sözlərinə görə, dekabrın 8-də səhər saatlarına qədər, silahlı qruplaşmalar paytaxta yaxınlaşdığı zaman Dəməşqdə olub və Suriyanı həmin günün axşamı tərk edib. 

O, Suriyada baş verən hadisələr zamanı bir dəfə də olsun istefa verib ölkədən qaçmaq imkanını nəzərdən keçirmədiyini bildirib:
 

“Suriyada vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı bir dəfə də olsun istefa vermək və yaxud sığınacaq istəmək imkanını nəzərdən keçirməmişəm. İşi davam etdirmək üçün Xmeymim bazasına köçdüm. Rusiya dekabrın 8-də axşam məni dərhal Moskvaya təxliyə etmək xahişi ilə baza rəhbərliyinə müraciət etdi”. 


O, terrorçuların ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.

Xatırladaq ki, noyabrın 27-də Suriyanın müxalif silahlı birləşmələrinin üzvləri Hələb və İdlibdə hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücuma başlamışdı. Dekabrın 7-də Bəşər Əsədə qarşı olan qruplaşmalar bir neçə iri şəhərə nəzarəti ələ keçirdi, dekabrın 8-də isə Dəməşqə daxil oldular. Bunun ardınca isə Suriya ordusunun bölmələri paytaxtı tərk edib. Əsəd isə öz növbəsində prezident postunu və ölkəni tərk edib. O, hazırda Rusiyadadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO