Moskvada ilk dəfə sualtı toy mərasimi keçirildi – FOTO/VİDEO

Moskvada ilk dəfə sualtı toy mərasimi keçirildi – FOTO/VİDEO

Hazırda oxunan: Moskvada ilk dəfə sualtı toy mərasimi keçirildi – FOTO/VİDEO

225518

Moskvada ilk dəfə sualtı toy mərasimləri keçirilib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, iki cütlük “Moskvarium”da nikaha daxil olub. 

Qeyd olunub ki, sualtı toy mərasimi bütün klassik ənənələrdən ibarət olub. Belə ki, cütlüklər Mendelson marşının sədaları altında aparıcının yanına yaxınlaşıb. Aparıcı da öz növbəsində onların evlənməyə hazır olduqlarını soruşub. Yeni evlənənlər peşəkar dalğıc olduqları üçün ənənəvi olaraq bir-birlərini öpüşlə təbrik edə, üzük taxa biliblər. Gəlinlərin hər biri fata taxıb, əllərində balıqqulağından ibarət buket tutublar. 

Bildirilib ki, sualtı mərasimin bütün iştirakçıları sertifikatlı dalğıclardır. 

Sualtı toy mərasimindən əvvəl rəsmi hissə akvarium fonunda baş tutub. Bəylər və gəlinlər qonaqların və aparıcının onları gözlədiyi yerə gediblər, imzalarını atıblar və aparıcı ilə birlikdə sualtı hissəyə hazırlaşmağa gediblər. Dəniz akvariumunun dibində Yeni il yolkası da qoyulub. Onun fonunda, su altında nikah şəhadətnaməsi təqdim edildikdən dərhal sonra yeni evlənənlərin ilk ailə fotoşəkilləri çəkilib. 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO