Ərdoğan və Putin nədən danışacaq?

Ərdoğan və Putin nədən danışacaq?

Hazırda oxunan: Ərdoğan və Putin nədən danışacaq?

225496

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğan və Vladimir Putin görüş yeri və tarixini tezliklə müəyyənləşdirmək barədə razılığa gəliblər.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. O bildirib ki, prezidentlərin harada və nə zaman görüşəcəyi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

 

Peskov görüşün mövzusu ilə bağlı isə bildirib ki, əsas müzakirələr iki məsələ ətrafında olacaq: “Bunlar, əlbəttə, Ukrayna məsələsi və Taxıl sazişidir”.

 

Qeyd edək ki, bu gün iki ölkə prezidenti arasında telefon danışığı baş tutub. Danışıq zamanı da Taxıl sazişi müzakirə edilib.  (Musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO