Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 hərbçisi İraqın Ənbar vilayətinin Rutba rayonuna qaçıb.
Bizim.Media xəbər verir ki, bunu İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba rayonunun rəhbəri İmad əl-Duleymi bildirib.
O, əsgərlərin Rutba rayonunun 70 kilometrliyindəki Marsanat hava limanına yerləşdirildiyini deyib.
İmad əl-Duleymi qeyd edib ki, onların əksəriyyəti ölkələrinə qayıtmaq istəyir.
Bizim.Media