Xəbər verdiyimiz kimi, hakim "Gürcü Arzusu" partiyasının namizədi Mixeil Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.
Bizim.Media xəbər verir ki, Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub.
O, keçmiş futbolçudur.
Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995). 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində çıxış edib.
Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.
Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna transfer olub. Daha sonra isə İsveçrənin müxtəlif klublarının şərəfini qoruyub.
2016-cı ildə hakim “Gürcü Arzusu” partiyasından Gürcüstan parlamentinə deputat seçilib.
Mixail Kavelaşvili “Xalqın Gücü” siyasi birliyinin liderlərindən biridir. O, 26 oktyabr 2024-cü ildə keçirlmiş parlament seçkilərində “Gürcü arzusu” partiyasının siyahısında yer alıb və deputat mandatı qazanıb.
Qeyd edək ki, Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Bizim.Media