Cənubi Koreya parlamenti prezidentin impiçmentini DƏSTƏKLƏDİ

Cənubi Koreya parlamenti prezidentin impiçmentini DƏSTƏKLƏDİ

Hazırda oxunan: Cənubi Koreya parlamenti prezidentin impiçmentini DƏSTƏKLƏDİ

225223

Cənubi Koreya parlamenti prezident Yun Seok Yeolun impiçmentini dəstəkləyib.

Bizim.Media “Yonhap” agentliyinə istinadən xəbər verir ki, impiçmentin lehinə 204, əleyhinə isə 85 nəfər səs verib.

Səsvermədə hakim Vətəndaş Hakimiyyəti partiyasının deputatları da iştirak ediblər.

Bundan əlavə, Yuna qarşı dövlətə xəyanət ittihamı ilə istintaq başladılıb.

Qeyd edək ki, səsvermədən sonra Yun dərhal səlahiyyətlərini itirəcək. Cənubi Koreyanın baş naziri Han Dak Su impiçmentin qanuniliyi Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndiyi halda müvəqqəti prezident olacaq.
 

Qanunvericiliyə əsasən, iş üzrə qərar məhkəməyə daxil olduğu gündən 180 gün müddətində qəbul edilməlidir. Doqquz hakim vəzifəsindən üçü indi boş olduğu üçün Yunun impiçmenti bütün altı hakimin yekdil dəstəyini tələb edəcək. Əgər onlardan heç olmasa biri qərarın əlehinə çıxış etsə, iş rədd ediləcək.


Xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib. Bundan sonra orduya paytaxta daxil olmaq və parlamenti mühasirəyə almaq əmri verilib. Lakin parlamentdə səsvermə ilə bütün bu qərarların ləğvi barədə qətnamə qəbul edilib. Hərbi vəziyyətin ləğv edilməsinə isə 190 deputat səs verib. Yun Sok Yol hərbi vəziyyət rejimi ilə bağlı qərarını Şimali Koreyayönümlü qüvvələrdən müdafiə olunmaq istəyi ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO