Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Astra” nəşri bildirib.
“Yerli sakinlərin sözlərinə görə, ilkin olaraq neft bazasına hücum edilib. Şahidlər azı bir yanacaq rezervuarının yandığını bildirirlər”, – məlumatda qeyd olunub.
Partlayış səslərindən öncə dron uğultusu eşidildiyi vurğulanıb.
Sözügedən regionun qubernatoru Andrey Klıçkov kütləvi dron hücumunun olduğunu təsdiqləyib, habelə “infrastruktur obyektində yanacaq alışmasının” olduğunu etiraf edib.
Xatırladaq ki, dekabrın 13-də Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiyanın neft bazasını vurub.
Bizim.Media