Gürcüstanda prezident seçkiləri davam edir.
Bizim.Media xəbər verir ki, ölkə tarixində ilk dəfə prezident Seçicilər Kollegiyası tərəfindən seçilir.
Hazırda seçkilərin keçirildiyi parlament binasının qarşısında etiraz aksiyası keçirilir. Hazırki Prezident Salome Zurabişvili də mitinqdə iştirak edir.
Qeyd edək ki, Gürcüstanda keçirilən prezident seçkilərində yalnız bir namizəd - hakim partiyanın irəli sürdüyü Mixail Kavelaşvili iştirak edir. Müxalifət isə parlament seçkilərinin nəticələrini tanımadığı üçün prezident seçkilərinə də namizəd irəli sürməyib.
Onu da bildirək ki, Gürcüstanda prezidenti 300 nəfərdən ibarət Seçicilər Kollegiyası (SK) seçəcək.
Bizim.Media