“Son 2-3 il ərzində Əsəd rejimi artıq tükənmək üzrə idi”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “NTV”nin canlı efirində deyib.
“Rejim proseslərə arxa çevirmişdi. Niyyətimiz Əsədin getməsi deyildi. Biz sadəcə Suriyanın yenidən dirçəlməsini istəyirdik. Türkiyə lideri əslində Əsədə əl uzatdı. Amma onlar bizim nə danışacağımızı yaxşı bilirdilər. Uzatdığımız ələ baxmadılar. Biz özümüz üçün yox, insanlar üçün ev istəyirdik, vətən istəyirdik. Əsəd xalq üçün müzakirələrə belə getmədi” , - H.Fidan qeyd edib.
Nazir bildirib ki, Qətərdə keçirilən 22-ci Beynəlxalq Doha Forumunda həm Rusiya, həm də İrandan olan siyasilərlə müzakirələr aparıb. Hadisələrin əsas dönüş nöqtəsi də məhz həmin gün olub:
“Əgər rejim dəstəklənsəydi, nəticələr çox qanlı ola bilərdi. Ruslar və iranlılar bu məsələnin davam etdirilməsinin mənasız olduğunu başa düşdülər. Bir an gəldi ki, onlar Əsədə telefon zəngi etdilər və o, həmin axşam geri çəkildi”.
Xatırladaq ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-də müxalif qüvvələrin Dəməşqə daxil olmasından əvvəl Moskvaya qaçıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:12 / 14.12.2024
Hakan Fidan: “Əsədə zəng etdilər, həmin axşam o, geri çəkildi” – VİDEO
Hazırda oxunan: Hakan Fidan: “Əsədə zəng etdilər, həmin axşam o, geri çəkildi” – VİDEO
Hazırda oxunan: Hakan Fidan: “Əsədə zəng etdilər, həmin axşam o, geri çəkildi” – VİDEO
225197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.