Hikmət Hacıyev: “Ermənistan mina terroruna görə bilavasitə məsuliyyət daşıyır”

Hikmət Hacıyev: “Ermənistan mina terroruna görə bilavasitə məsuliyyət daşıyır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Ermənistan mina terroruna görə bilavasitə məsuliyyət daşıyır”

224903

“Ermənistan tərəfinin Azərbaycana qarşı mina terroru davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.


“30 illik işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə 1 milyondan çox mina basdırılıb.

Bu azmış kimi, 2020-ci ildən sonrakı, tərəflər arasında sülh danışıqları getdiyi dövrdə Ermənistandan Azərbaycan ərazisinə minaların daşınması proqramları davam edir.

300 kilometrlik keçmiş təmas xətti ilə yanaşı, keçmiş qondarma rejimin fəaliyyət göstərdiyi ərazilərdə də minalanma siyasəti həyata keçirilib. Nəticədə, bu gün də vətəndaşlarımız mina terrorunun qurbanı olub. Ermənistan mina terroruna görə birbaşa məsuliyyət daşıyır”.

PA rəsmisi qeyd edib ki, Ermənistan təzyiqlər nəticəsində mina xəritələrinin bir qismini versə də, reallıqda bu xəritələr yerdəki vəziyyəti əks etdirmir:

“Onların dəqiqliyi çox aşağı səviyyədədir”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO