Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız iki təcrübəli liderin - özünün və Rusiya Prezidenti Vladimir Putinin qalması barədə bəyanatını şərh etməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, Zaxarova bu barədə brifinqdə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Moskvadan Ermənistanın KTMT-ni maliyyələşdirməkdən imtinasına REAKSİYA - VİDEO
O qeyd edib ki, Ərdoğanın müvafiq bəyanatının şərhi yalnız Türkiyə tərəfinin işidir:
"Rusiya dost ölkələrd’n olan həmkarlara və rəhbərlərə hörmətlə yanaşır, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir. Lakin biz Türkiyə prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik", - deyə Zaxarova bildirib.
Bizim.Media