Suriyada çərşənbə günü prezident seçkiləri başlayıb. Ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Suriyada rus-türk qarşıdurması yenidən gündəmə gəldi - Ankara Rakka əyalətinə hərbi texnika göndərdi - VİDEO
Mənbə yazır ki, məntəqələr axşam saat 19: 00-a qədər açıq olacaq, lazım gələrsə, prosesi daha beş saat uzadacaqlar.
Mövcud dövlət başçısı, BAAS partiyasının baş katibi Bəşər Əsəd, müxalifətçi Mahmud Əhməd Merii və sosialist partiyasından keçmiş deputat Abdallah Sallum Abdallah prezidentliyə namizəddirlər.
Dünyanın hər yerindən jurnalistlər və müxtəlif ölkələrdən dəvət olunmuş müşahidəçilər gün ərzində seçkiləri izləyə biləcəklər.
Bundan əvvəl Seçki Komissiyasının rəhbəri Samer Zmeyrik terrorçuların işğalı altındakı İdlib əyalətinin və kürdlərin nəzarətindəki Raqqa bölgəsinin sakinlərinin müvəqqəti yaşadıqları yerlərdə səs verə biləcəklərini deyib.
Eyni zamanda İdlib vilayətinin azad edilmiş hissəsində iki seçki məntəqəsi yaradılıb.
Bizim.Media