Serbiyanın “Srvena Zvezda” futbol klubu X sosial şəbəkəsini (keçmiş Tvitter) tərk etmək qərarı verib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun yaydığı bəyanatda bildirilib.
Mənbənin sözlərinə görə, buna səbəb səhifələrin etibarlılığı ilə bağlı yaranan suallardır. Əvvəllər səhifələr müəyyən yoxlamalardan sonra göy ulduz işarəsi alırdısa, indi həmin platformada hər arzulayan şəxsə bundan verilə bilər.
Bundan əlavə, klub ifadə azadlığı adı altında müəyyən ideologiyanı təbliğ edən yeni alqoritmlərlə razılaşmır.
Bildirilib ki, “Srvena Zvezda”nın öhdəliyi X sosial şəbəkəsinin hüdudlarından kənardır. Klub bəyan edib ki, bundan sonra sosial mediada fəaliyyətini onun dəyərlərinə hörmət qoyan məkanlarda davam etdirəcək.
“Srveba Zvezda” 15 ildir fəaliyyət göstərmiş X səhifəsində işini dayandırdığını və orada yalnız arxiv materiallarının qalacağını açıqlayıb.
Bizim.Media