Dünyada mina qurbanlarının 84 faizi mülki insanlardır

Dünyada mina qurbanlarının 84 faizi mülki insanlardır

Hazırda oxunan: Dünyada mina qurbanlarının 84 faizi mülki insanlardır

223669

Son hesabata əsasən, 53 ölkədə 5 min 757 nəfərin mina və müharibənin partlayıcı qalıqlarından qurban olması qeydə alınıb. Bunların 1983 nəfəri həlak olub, 3 min 663 nəfər yaralanıb, 111 nəfərin statusu məlum deyil.

Bizim.Media xəbər verir ki, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı Kambocanın Siem Reap-Angkor şəhərində keçirilmiş “Minalardan Azad Dünya” Sammitinin yekunları və “Landmine Monitor Report 2024” hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında çıxışı zamanı bildirib.

Təşkilat sədrinin sözlərinə görə, mina qurbanlarının 84 faizi – 4 min 335 nəfər mülki insanlardır. Onların da 37 faizini, yəni 1498 nəfərini uşaqlar təşkil edir: “Mina qurbanlarının 81 faizi kişilər və oğlan uşaqlarıdır. Baş vermiş partlayışlardan 833-nə səbəb piyadalar əleyhinə minalar olub ki, bu da 2011-ci ildən sonra qeydə alınan ən yüksək göstəricidir. Bu, Ukrayna müharibəsilə əlaqədardır”.

“Mina istehsal edən ölkələrin sayı 55-dən 12-yə enib. Konvensiyaya üzv olmayan cəmi 12 dövlət piyadalar əleyhinə minalar istehsal edən və ya əldə edənlər siyahısında qalır: Ermənistan, Çin, Kuba, Hindistan, İran, Myanma, Şimali Koreya, Cənubi Koreya, Pakistan, Rusiya, Sinqapur və Vyetnam”, - deyə H.Səfixanlı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO