ABŞ Konqresi 1,1 milyon ölkə vətəndaşının həyatına son qoyan COVID-19 pandemiyasının səbəbləri ilə bağlı araşdırmanı başa çatdırıb.
Bizim.Media xəbər verir ki, 520 səhifəlik hesabat Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin epidemiyanın vəziyyətini öyrənən alt komitələrindən biri tərəfindən təqdim edilib.
İki illik araşdırmadan sonra konqresmenlər virusun böyük ehtimalla laboratoriya mənşəli olduğu qənaətinə gəliblər. Hesabat həmçinin federal və əyalət reaksiyalarını və peyvəndin effektivliyini təqdim edib.
Komissiyanın sədri Bred Uenstrup Konqresə göndərdiyi məktubda “Bu iş Birləşmiş Ştatlara və dünyaya növbəti pandemiyanı proqnozlaşdırmağa, hazırlamağa, ondan qorumağa və qarşısını almağa kömək edəcək” qeyd edib.
Hesabatda vurğulanır ki, SARS-CoV-2 çox güman ki, Wuhan Virusologiya İnstitutunda “laboratoriyadan və ya tədqiqat zamanı sızma” nəticəsində ortaya çıxıb.
Virusun təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malik olduğu deyilir.
Bizim.Media