Gürcüstanda etirazların beşinci günü start götürüb.
Bizim.Media xəbər verir ki, Tbilisidə nümayişçilər parlament binasına fişənglər atırlar.
Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanı su şırnaqları ilə dağıtmağa çalışır.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Nümayişlərə Zurabişvili də qatılıb.
Bizim.Media