Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 107 nəfər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, etirazçılar paytaxtın Rustaveli prospektində keçirilən aksiyada ictimai asayişi pozaraq, hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar – daş, pirotexniki vasitələr, şüşə butulkalar və metal əşyalar atıblar.
Nəticədə 10 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.
Bunun ardınca paytaxt Tbilisidə hökumətin bu qərarına qarşı kütləvi etiraz aksiyası keçirilib.
Həmin gün baş tutan aksiya zamanı 43 etirazçı saxlanılıb, 32 polis əməkdaşı isə xəsarət alıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:37 / 30.11.2024
Tbilisidə aksiyalar: 107 nəfər saxlanıldı, 10 polis əməkdaşı yaralandı – VİDEO
Hazırda oxunan: Tbilisidə aksiyalar: 107 nəfər saxlanıldı, 10 polis əməkdaşı yaralandı – VİDEO
Hazırda oxunan: Tbilisidə aksiyalar: 107 nəfər saxlanıldı, 10 polis əməkdaşı yaralandı – VİDEO
223044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.