“Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb. Bu baxımdan KTMT Qarabağda İrəvan uğrunda döyüşməyib”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.
Putin hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.
Rusiya lideri qeyd edib ki, Ermənistan hələ KTMT-dən çıxdığını elan etməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir.
Bizim.Media