Le Monde qəzetində Şuşa xəbəri - FOTO

Le Monde qəzetində Şuşa xəbəri - FOTO

Hazırda oxunan: Le Monde qəzetində Şuşa xəbəri - FOTO

2228

"Le Monde" qəzetində Şuşa ilə bağlı yazı dərc olunub.

Bizim.Media bildirir ki, bu haqda Dağlıq Qarabağdan birbaşa fransız jurnalist yazır:

"Qarabağ münaqişəsinin açarı "Şuşa döyüşü" ən şiddətli məqamına çatmaqdadır. Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir."

Jurnalist həmçinin Ermənistan ordusunun bu vəziyyətdə necə aciz qaldığını da qələmə alıb.

"Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıblar, Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər. Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər..."

"Bir də döyüşə yenidən atılacaqları naməlumdur. Yolboyu snayper və artileriya atəşləri altında erməni əsgərlərin tələm-tələsik tərk etdikləri əsgər əşyaları gözə dəyir".

"Bu darmadağın olunma gününə çox bənzəyir. Stepanakertdə hakimiyyətin inkar etməsinə baxamayaraq 6 noyabr cümə günündən etibarən döyüş azərbaycanlı güclərin xeyrinə dönməyə başlayıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO