Yaxın Şərqdə ATƏŞKƏS ANONSU – Savaş başa ÇATIR?

Yaxın Şərqdə ATƏŞKƏS ANONSU – Savaş başa ÇATIR?

Hazırda oxunan: Yaxın Şərqdə ATƏŞKƏS ANONSU – Savaş başa ÇATIR?

222477

İsraillə “Hizbullah” arasında toqquşmalar deyəsən artıq dayanmağa doğru istiqamət götürür. Ən azından İsrail Baş naziri Benyamin Netanyahunun son açıqlaması da belə düşünməyə əsas verib. Belə ki, o “Hizbullah”la atəşkəsin mümkünlüyünü bildirib.

Bundan başqa “Reuters” agentliyinin 4 yüksək rütbəli Livan mənbəsinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makronun qarşıdakı 36 saat ərzində “Hizbullah”la İsrail arasında toqquşmaların dayandırılacağını elan edəcəkləri gözlənilir.  Fransa Prezident adminstrasiyasındakı mənbənin iddiasına görə, Livanda atəşkəsin elan edilməsi üzrə müzakirələrdə mühüm irəliləyiş əldə olunub.

Ondan əvvəl isə “Asharq al-Awsat” qəzeti bəyan edib ki, Bayden və Makron ikinci günü 60 günlük atəşkəsi elan edəcəklər.

Bütün bunlar Yaxın Şərqdə müharibənin başa çatdığını deməyə əsas verirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Yaxın Şərqdəki müharibənin tam olaraq sona çatacağı real görünmür:
 

“Bütövlükdə dünyada elə bəlli problemlər var ki, onların həll edilməsi bir anın məsələsi deyil.

Ola bilər ki, Yaxın Şərqdə tərəflər silahlı mübarizənin lüzumsuzluğu barədə razılığa gələ bilər.

Yaxud da bir bir müddətə hansısa kompromislər və anlaşmalar həyata keçirilə bilər. Lakin uzunmüddətli sülhün əldə ediləcəyi inandırıcı görünmür. Çünki həm İsrailin, həm də onunla savaşda olan qüvvələrin özlərinin savaşı davam etdirmələri üçün səbəbləri var”.

Politoloq qeyd edir ki, köklü problemlər həll  olunmayınca regionla bağlı böyük anlaşmadan danışmaq yersizdir:

“Bunlar təmin olunmayacağı təqdirdə böyük anlaşmalardan söhbət gedə bilməz. Hər halda qısa dövrdə Livanla İsrail arasında aktiv savaş situasiyasının bir müddətə pauzaya keçirilməsilə bağlı müəyyən razılıqlar əldə oluna bilər. Amma bu, bölgədə savaşın köklü həlli demək olmayacaq. Burada ideoloji səbəblər var. Bu da Yaxın Şərqi qaynar coğrafiya olaraq hər zaman dünya siyasətində mənzilləndirir. Çünki həm beynəlxalq hüququn, həm də regionda savaşda maraqlı olan aktorların bölgəyə yanaşmalarında müəyyən ziddiyyətlər mövcuddur ki, bunlar da problemin davam etməsinə səbəb olur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO