Qanun Ukraynada müharibə zamanı seçkilərin keçirilməsinə icazə vermir.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərini Ali Radanın deputatı Aleksey Qonçarenko öz "Telegram" səhifəsində qeyd edib.
"Qanun müharibə dövründə seçkilərin keçirilməsinə icazə vermir. Ukraynanın əvvəlcə ədalətli sülhə ehtiyacı var, sonra isə Ukrayna ədalətli seçkilər keçirəcək", Ukrayna prezidenti vurğulayıb.
Zelenski həmçinin əlavə edib ki, Ukrayna hökuməti "suverenliyi və əraziləri ilə alver etmir".
Bizim.Media