“Əgər Ukrayna uzaqmənzilli Qərb raketləri ilə Rusiya Federasiyasına hücum edərsə, bu, ABŞ-ın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı, eləcə də münaqişənin mahiyyətinin köklü dəyişməsi demək olacaq”.
Bizim.Media xəbət verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova vurğulayıb ki, bu halda Rusiyanın cavabı gecikməyəcək və adekvat olacaqdır.
Nazirlik rəsmisi əlavə edib ki, Kiyevin Rusiya ərazisinə hücum etmək üçün raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı deməkdir.
Bizim.Media