Borrel Makron administrasiyasının cinayətlərinə şərik olur

Borrel Makron administrasiyasının cinayətlərinə şərik olur

Hazırda oxunan: Borrel Makron administrasiyasının cinayətlərinə şərik olur

221044

Türkiyənin Bakıdakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Azərbaycan əleyhinə bəyanatlarını şiddətlə tənqid edib.

Bizim.Media xəbər verir ki, Hulusi Kılıçın sözlərinə görə, müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləməkdən imtina edilməsi Borrel və onun kimiləri Fransanın xarici ərazilərində törətdiyi cinayətlərə şərik edir.

Prezident İlham Əliyevin Fransanın xarici ərazilərində yaşayan sakinlərin vəziyyəti ilə bağlı bəyanatını alqışlayan H.Kılıç Avropa İttifaqının nümayəndələrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tribunasından rəsmi Parisin məzlum xalqlarının hüquqlarını dəstəkləməyə çağırıb.

“İMZA” birliyinin nümayəndəsi çoxsaylı etiraz aksiyalarının zorakılıqla dağıdılması faktlarına, eləcə də Yeni Kaledoniyanın Fransadan müstəqilliyi tərəfdarlarının qətli, hüquqlarının pozulması və həbslərinə diqqət çəkib. “Fransızlar tərəfindən qeyri-insani üsullar Martinika və Qvadelupada da tətbiq edilib. Eyni zamanda, Aİ dəfələrlə baş verənlərə göz yumaraq siyasi abırsızlıq nümayiş etdirib”, - deyə o vurğulayıb.

Hulusi Kılıç Avropanı bağ ilə, bütün qalan dünyanı isə cəngəlliklə müqayisə edən Cozep Borrelin sözlərini də xatırladıb. “Beləliklə, Aİ-nin ali nümayəndəsi faktiki olaraq dünya birliyinə hörmətsizlik edib və onu təhqir edib. Bununla əlaqədar olaraq, Emmanuel Makron administrasiyasının müstəmləkəçilik kursu ünvanına dəstək ifadələri, eləcə də Brüsselin iqlim dəyişikliklərinin nəticələrinə diqqət yetirməməsi qeyri-adi görünmür”, - deyə Türkiyə diplomatik missiyasının keçmiş rəhbəri bildirib.

O qeyd edib ki, Yer kürəsində iqlim dəyişikliyinin əsas mənbəyi Fransa kimi sənaye cəhətdən inkişaf etmiş ölkələrdir, buna görə də Paris digərlərindən də artıq iqlim böhranına görə məsuliyyət daşımalıdır. “Fransadan Bakıda keçiriləcək qlobal iqlim sammitində iştirakdan imtinanın səbəbləri ilə bağlı açıqlamanı, Aİ nümayəndələrindən isə COP29 ərəfəsində boykot çağırışları və anti-Azərbaycan isteriyasının izahını eşitmək istərdim”, - deyə Kılıç əlavə edib.

Kılıç COP29-u Azərbaycanın növbəti böyük uğuru və ölkənin dünyada imicinin möhkəmlənməsinə töhfə adlandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO