Axşam saatlarında Rusiyanın İrkutsk şəhərində zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAN) Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.
Mənbə qeyd edir ki, yerli vaxtla saat 20:11-də (Bakı vaxtı ilə 16:11 - red.) zəlzələ baş verib.
Zəlzələnin episentri Buryatiya Respublikasının Orlik kəndi yaxınlığında yerləşib. Hiss olunan yeraltı təkanların intensivliyi 6,5 bala çatıb.
Seysmoloqlar İrkutsk və onun ətrafında da titrəmələr qeydə alıblar. Məlumatda bildirilir ki, enerji sinfi 12,7 təşkil edib, İrkutskda isə intensivlik 3 bal olub.
Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, dağıntı və tələfat yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:04 / 10.11.2024
Rusiyada zəlzələ oldu - Dağıntı və tələfat yoxdur
Hazırda oxunan: Rusiyada zəlzələ oldu - Dağıntı və tələfat yoxdur
Hazırda oxunan: Rusiyada zəlzələ oldu - Dağıntı və tələfat yoxdur
220065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.