ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri Brayan Lanza bildirib ki, yeni administrasiya əsas diqqətini Ukraynanın Rusiya tərəfindən işğal olunmuş əraziləri geri almasına imkan verməkdənsə, Ukraynada sülhün əldə olunmasına yönəldəcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, BBC-yə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tramp administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskidən onun “dünyaya real baxış” versiyasını təqdim etməsini xahiş edəcək.
“Əgər prezident Zelenski danışıqlara oturub, "Sülh yalnız Krımı geri aldığımız halda mümkündür" desə, bu, onun ciddi danışıqlara hazır olmadığı mesajını verər. Ukrayna Krımı itirib, Zelenski bunu qəbul etməlidir", deyə Trampın baş müşaviri qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:58 / 09.11.2024
Trampın müşaviri: Ukrayna Krımı itirib, Zelenski bunu qəbul etməlidir
Hazırda oxunan: Trampın müşaviri: Ukrayna Krımı itirib, Zelenski bunu qəbul etməlidir
Hazırda oxunan: Trampın müşaviri: Ukrayna Krımı itirib, Zelenski bunu qəbul etməlidir
219970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.