"İranın və Ermənistanın maraqları tam üst-üstə düşür".
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə ermənipərəst ekspert Ehsan Mövahhedian "ArmenPress"ə verdiyi müsahibədə deyib.
"Bakı ilə tezliklə sülhün əldə olunması ehtimalı olmadığı, həmçinin Türkiyə və Azərbaycanın Şərq-Qərb dəhlizinin yaradılması üçün Ermənistanın ərazi bütövlüyünə hörmət edilmədiyi üçün Tehran və İrəvan Şimal-Cənub dəhlizini mümkün qədər tez başa çatdırmalıdır", - deyə o bildirib.
Ekspert Ermənistan enerji təchizatının diversifikasiyası siyasətini həyata keçirmək üçün İrana arxalana biləcəyinə qeyd edib:
"Türkiyə bəzi dövlətlərin dəstəyi ilə Türk dünyası yaratmağa can atır və yeganə maneə Ermənistandır. Bəzi qonşular Ermənistanda sabitliyi pozmağa və onun xüsusi sivilizasiyasını məhv etməyə çalışırlar. Bu qonşulardan fərqli olaraq, İran erməni irsini qoruyur", - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:22 / 09.11.2024
İranlı ekspert: "Tehran və Ermənistanın maraqları tam üst-üstə düşür"
Hazırda oxunan: İranlı ekspert: "Tehran və Ermənistanın maraqları tam üst-üstə düşür"
Hazırda oxunan: İranlı ekspert: "Tehran və Ermənistanın maraqları tam üst-üstə düşür"
219940
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.